Menu

Suriya hökuməti və müxalifət atəşkəsə razılıq verib

26.02.2016, 08:58
Suriya hökuməti və müxalifət atəşkəsə razılıq verib

Suriya hökuməti və müxalifət ölkədə fevralın 27-si Bakı vaxtı ilə 02:00-da qüvvəyə minməli olan atəşkəs rejiminə sadiq olduqlarını bəyan ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Rusiya və ABŞ tərəfindən hazırlanmış Suriya üzrə qətnamə layihəsi fevralın 27-dən ölkədə atəşkəs rejiminin qüvvəyə minməsini təsbit edir.

Hökumət qüvvələri və müxalifət qrupları Rusiya və ABŞ-a hərbi əməliyyatların dayandırılması şərtlərini qəbul etdiklərini və indi onun iştirakçıları olduqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol