OPEC-in keçmiş sədri Məhəmməd bin Saleh Al-Səda, neftin qiymətinin 1 il ərzində 50 dolların üzərinə qalxacağını bildirib.
Qətərin Energetika naziri və OPEC-in keçmiş sədri Məhəmməd bin Saleh Al-Səda, istehsalın Yanvar ayının səviyyəsində dondurulması istiqamətində başladıqları təşəbbüsün dəstək qazanmaqda olduğunu bildirərək, təşəbbüsün uğurlu olması halında qiymətlərin 1 il ərzində 50 dollar/barel səviyyəsinin üzərinə geri gedəcəyini söyləyib.
"Marja" xəbər verir ki, CNN-ə danışan Al-Səda, "Hazırda neft qiymətlərini dəstəkləmək üçün ən tətbiq olunan biləcək təklif, istehsalı Yanvar ayı səviyyəsində dondurmaqdır. İstehsalı dondurmaq təklifinin getdikcə daha çox dəstək qazanmasını gözləyirəm, çünki bu, bütün tərəflərin mənafeyinə uyğundur" deyib.


Şərhlər