Menu

“İslahatları həyata keçirmək zamanıdır” - FİFA prezidenti

26.02.2016, 23:19
“İslahatları həyata keçirmək zamanıdır” - FİFA prezidenti

“Hər kəsə, bütün namizədlərə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın yeni seçilmiş prezidenti Cianni İnfantino deyib.

Bu gün keçirilən seçkilərdə qalib gələn C.İnfantino ilk çıxışında islahatlardan bəhs edib: “FİFA-dakı demokratiyanın nəticəsi olaraq burdayam. Bu, bir idman yarışıdır. Sizlərlə birlikdə işləməyə davam edəcəm. FİFA-nı yenidən, birlikdə inşa edəcəyik. Bundan sonra sadəcə futbol üzərindən danışacağıq. Çətin vaxtlar geridə qaldı. İndi islahatları həyata keçirmək zamanıdır. FİFA-nın yenidən layiq olduğu hörməti qazanması üçün əlimizdən gələni edəcəyik”.

İnfantinonun bəhs etdiyi 5 maddəlik islahatlar aşağıdakılardır:

1. Bundan sonra FİFA rəhbərliyinin maaşları açıqlanacaq.

2. Siyasi və idari mövzular bir-birindən ayrılacaq.

3. Yeni bir FİFA konqresi formalaşdırılacaq.

4. Qadınların futbol dünyasında daha ön plana çıxmasına şərait yaradılacaq.

5. İnsan haqqları mövzusuna həssas yanaşılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol