Menu

“Fitch" də Azərbaycanın reytinqini endirdi

27.02.2016, 09:43
“Fitch" də Azərbaycanın reytinqini endirdi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

Bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.

Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

Xatırladaq ki, yanvarın sonunda "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

Moody's Investors Service isə Azərbaycanın "Baa3" səviyyəli dövlət istiqrazları və emitent reytinqlərini "Ba1" səviyyəsinə endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol