Menu

ABŞ Putinin Krım planından öncədən xəbərdarmış...

08.03.2014, 19:08
ABŞ Putinin Krım planından öncədən xəbərdarmış...

Bu sözləri ABŞ-ın hərbi kəşfiyyat idarəsinin rəhbəri Maykl Flinn deyib

"Rusiyanın Krımda həyata keçirəcəyi hərbi əməliyyatlar haqqında ABŞ-ın yüksək çinli məmurları oncədən məlumatlandırlmışdı”.

Bu sözləri ABŞ-ın hərbi kəşfiyyat idarəsinin rəhbəri Maykl Flinn deyib.

ANS PRESS-in verdiyi məlumata görə, bu informasiyanı NPR agentliyi yayıb. Maykl Flinnin sözlərinə görə, onlara rus ordusunun Krımda yerləşəcəyi barədə 7 gün öncə məlumat ötürülüb.

“Və buna görə də biz hərbi dəniz bazalarından hər şeyi sakitcə müşayiət edirdik. Rusların Krımdakı hərbi manevrləri sadəcə təlim xarakter daşıyır. Bizim əməkdaşlar yenə də onların Krım Muxtar Respublikasındakı “əməliyyatlarını” diqqət mərkəzində saxlayır”, - deyə ABŞ-ın hərbi kəşfiyyat idarəsinin rəhbəri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol