Menu

İŞİD İraqı qana çalxadı: 70 ölü, 100-dən çox yaralı

28.02.2016, 23:11
İŞİD İraqı qana çalxadı: 70 ölü, 100-dən çox yaralı

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.

APA-nın “Sky News”a istinadın verdiyi məlumata görə, kamikadzelərin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol