Menu

İlham Əliyevdən Putinə BAŞSAĞLIĞI

29.02.2016, 16:02
İlham Əliyevdən Putinə BAŞSAĞLIĞI

Prezident Ilham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol