Menu

Əlində uşaq başı tutmuş qadın saxlanıldı! - Moskvada

29.02.2016, 20:31
Əlində uşaq başı tutmuş qadın saxlanıldı! - Moskvada

Rusiya KİV-nin yaydığı məlumata görə, Moskva şəhərinndə, «Oktyabrskoe pole» metro stansiyasının yaxınlığında əlində kəsilmiş uşaq başı gəzdirən qadın saxlanıb («Exo Moskvı»).

«Narodnoe opolçenie» küçəsindəki bu dəhşətli olay barədə günorta vaxtı xəbər tutulub. Şahidlər xəbər veriblər ki, metronun yaxınlığında qara geyinmiş bir nəfər hərlənir. Hətta əvvəlcə, onun qadın və ya kişi olduğunu ayırd etmək mümkün olmayıb. Həmin adam «Allahu Əkbər» qışqıraraq, əlində körpə uşaq başı tutubmuş. Tezliklə məlum olub ki, 38 yaşlı bu qadın Özbəkistan vətəndaşıdır və başı kəsilmiş uşağın dayəsi olub.

Bu arada, şahidlər təsdiqləyiblər ki, polis özünü, yumşaq desək, xeyli təəccüblü aparıb: polislərdən biri hətta, qadını görən kimi, qaçmağa üz tutub. Belə qışqırıqların terror hədəsi kimi qiymətləndirilməsinə baxmayaraq, xüsusi xidmət əməkdaşları hadisə yerində görsənməyiblər. Qadın təxminən, bir saata yaxın metro stansiyası ətrafında olub. Sonra onu saxlayıblar. Müəyyən edilib ki, 4 yaşlı həmin qızcığazı dayə qadın bu gün səhər valideynləri evdən çıxandan sonra öldürüb. Mənzili isə yandırıb.

Qətl faktı üzrə cinayət işi başlanıb. Saxlanılmış dayə məhkəmə-psixiatrik ekspertizaya göndərilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol