Menu

Pentaqon: Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar gücləndiriləcək

29.02.2016, 20:52
Pentaqon: Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar gücləndiriləcək

Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar gücləndiriləcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Eşton Karter bəyan edib.

Qeyd edək ki, ABŞ və koalisiyaya daxil olan ölkələrin hərbi-hava qüvvələri ötən həftənin sonlarından etibarən İŞİD-in Suriyadakı mövqelərinə zərbələrin sayını iki dəfə artırıb. Təkcə dünən koalisiyanın hərbi təyyarələri terrorçuların Abu-Kamal, Raqqa, Ayn-İsa, Mara və Tel-Abyad yaşayış məntəqələrindəki mövqelərinə 12 zərbə endirib. Hədəf kimi hərbi texnika, neft emalı zavodları və digər infrastruktur obyektləri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol