Menu

Təbrizdə zəlzələ oldu

09.03.2014, 12:31
Təbrizdə zəlzələ oldu

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində zəlzələ baş verib.

Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, zəlzələ sakinlər arasında təşvişə səbəb olub.

İlkin məlumata görə, zəlzələnin gücü 3,5 bal təşkil edib.

Zəlzələnin episentri Təbriz yaxınlığındakı Əmənd kəndində, 17 km dərinlikdə olub.

Xatırladaq ki, 2012-ci il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, təxminən 2500 nəfər xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təqribən 5 min bina zərər görmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol