Menu

Suriyada atəşkəsə nəzarət mexanizmi müəyyən edilib

01.03.2016, 08:59
Suriyada atəşkəsə nəzarət mexanizmi müəyyən edilib

ABŞ və Rusiya rəsmiləri Suriyada atəşkəs rejiminin pozulması hallarına nəzarət mexanizmini müəyyən ediblər. "Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

"Biz, hər bir insidentlə bağlı qarşıdurma yaradmaq niyyətində deyilik. Bu səbəbdən də Cenevrədə və Əmmanda atəşkəsin pozulması hallarını araşdıracaq mütəxəssislər işləyəcək", - deyə Kerri bildirib.

Xatırladaq ki, ABŞ və Rusiyanın arasında əldə edilən razılağa əsasən, fevralın 27-si Suriyada atəşkəs rejimi Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol