Menu

"Türkiyəni Pensilvaniyadakı fitnəkar idarə etmir"-Rəcəb Tayyib Ərdoğan

09.03.2014, 12:39
"Türkiyəni Pensilvaniyadakı fitnəkar idarə etmir"-Rəcəb Tayyib Ərdoğan

"Türkiyəni Pensilvaniyadakı fitnəkar idarə etmir".Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib və qeyd edib ki, Türkiyədə seçkilərə 22 gün qalıb və o vaxt hər şey məlum olacaq.

"Bu ölkəni artıq qəzet manşetləri, holdinq rəhbərləri, Pensilvaniyada bağında oturan fitnəkar idarə etmir. Bu ölkəni xalq idarə edir, bundan sonra da idarə edəcək". Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunlar özlərini ağıllı hesab edirlər. İndi də mənə diktator deyirlər. Mən isə deyirəm ki, bu ölkə millətindir. Mənə diktator deyənlərə səslənirəm. Seçkilərə 22 gün qalıb. 22 gündən sonra hər şey məlum olacaq”, - deyə Ərdoğan bildirib. (anspress.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol