Menu

Latviyanın ABŞ-la birləşməsi üçün imzatoplama başlayıb

01.03.2016, 11:06
Latviyanın ABŞ-la birləşməsi üçün imzatoplama başlayıb

Xarici KİV-in məlumatına görə, «Avaaz.orq» ictimai petisiya saytında Latviyanın ABŞ və «Qalaktik imperiya» ilə birləşməsi məsələsi üzrə imzatoplama kampaniyası start götürüb (TASS).

Bu aksiyaya, Latviya sakini Maksim Koptelovun Rusiyaya birləşmək barədə analoji imzatoplama kampaniyası təşkil etdiyinə görə, məhkəmə qərarı ilə 6 aylıq həbs cəzasına məhkum edilməsindən sonra başlanıb və hamin aksiyaya cavab kimi qiymətləndirilir.

Yerli KİV-in əlumatına görə, Latviyanın ABŞ və «Qalaktik imperiya»ya birləşməsi barədəki iki yeni petisiyanın mətni Koptelovun təklif etdiyi mətnlə eynidir. Bircə istisna ilə - Koptelovun təklif etdiyi mətndəki «Rusiya Federasiyası» sözləri ABŞ və «Qalaktik imperiya» sözləri ilə əvəzlənib.

Bundan əvvəl Latviyanın təhlükəsizlik polisi Koptelova qarşı cinayət istintaqının başlanmasını tələb etmişdi.

Koptelov bu kampaniyaya 2014-cü ilin martında başlamışdı. Bu fakt əsasında polis «Başqa dövlətə birləşdirmək məqsədilə, Latviyanın dövlət müstəqilliyini ləğv etməyə açıq çağırışa görə» cinayət işi qaldırıb.

Ötən ilin fevralında Koptelov saxlanıb və onun evində axtarış aparılıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol