Menu

Moskvada çovğun: 85 aviareys ləğv edildi

02.03.2016, 09:18
Moskvada çovğun: 85 aviareys ləğv edildi

Rusiyanın paytaxtı Moskvada davam edən çovğun nəticəsində 85 aviareys ləğv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda “Şeremetyevo” aeroportunda 69 uçuş, “Domodedovo” isə 16 uçuş ləğv edilib.

Bundan əvvəl “Aeroflot” hava şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-si və 3-də 31 aviareysin ləğv edildiyini elan etmişdi.

Sinoptiklərin proqnozlarına əsasən, martın 2-də Moskvaya düşən yağıntının miqdarı 20 mm çata bilər ki, buda aylıq normanın 60 faizini təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol