Novruz bayramı yaxınlaşır. Bazarda,marketlərdə qiymətlər sözün həqiqi mənasında "od tutub yanır". Xüsusən quru meyvələri fantastik dərəcədə baha qiymətə satılır.
Tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov ölkəyə gətirilən quru meyvələrin daxili bazarda idxal qiymətindən 20-30 dəfə baha satıldığını göstərən statistika paylaşıb. Vahid Məhərrəmov “Facebook” səhifəsində yazıb:
“Dostlar, qarşıdan Novruz Bayramı gəlir. indidən bayram tədarükü görənlər var. Xatırladım ki, inhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır”.

Göründüyü kimi monopolistlər məhsulları dəfələrlə baha qiymətə satmaqla xalqın cibini soyurlar. İqtisadi İnkişaf Nazirliyi, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti isə sadəcə isə seyr edir. Kim bilir, bəlkə də sadəcəseyr etmir, "haqqını" alıb susur...


Şərhlər