Menu

“Mərkəzi Bank valyuta təchizatçısı deyil” – Elman Rüstəmov

02.03.2016, 13:04
“Mərkəzi Bank valyuta təchizatçısı deyil” – Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarınımn kifayət qədər valyuta ilə təmin edir. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Valyuta hərracına tələbatdan az valyuta çıxarılması barədə məlumata münasibət açıqlayan baş bankir deyib ki, rəhbərlik etdiyi qurum valyuta təchizatçısı deyil: “Valyuta bazarında proseslər “üzən məzənnə” rejiminə uyğundur. Bizim müəyyən qrafikimiz var. Banklara sorğu göndərilir və demək olar ki, onlar ehtiyacına uyğun valyutanı alırlar. Bu gün də bizdə hərrac keçiriləcək və bazarın tələbatı ödəniləcək. Mərkəzi Bank valyuta təchizatçısı deyil. Bizim məqsədimiz “üzən məzənnə” rejimində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol