Menu

Krımda Ukrayna telekanallarının yayımı tam dayandırıldı

09.03.2014, 22:35
Krımda Ukrayna telekanallarının yayımı tam dayandırıldı

Krımda Ukraynanın bütün telekanallarının analoq yayımı dayandırılıb. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumatına görə, onların bəzilərinin tezliklərində Rusiya kanallarının yayımı başlayıb.

Məsələn, “İnter” telekanalının yerinə Krımda indi NTV, «1+1» kanalının yerinə Rusiyanın 1-ci kanalı, Ukraynanın “1-ci milli” kanalının yerinə isə “Rusiya 1” translyasiya olunur. Krımın

“Qara dəniz” telekanalının yerini “Rusiya 24” tutub. “Rusiya 24”-ün yerinə isə yeni “Krım 24” telekanalının açılması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol