Pentaqon Türkiyə hakimiyyəti ilə 682,9 milyon dollar dəyərində aviasiya bombalarının satışına dair razılaşma imzalayıb. Bu barədə Defense News məlumat yayıb. “Ağıllı” bombaları Ankaraya Ellwood National Forge və General Dynamics Ordnance & Tactical Systems şirkətləri çatdıracaq. Prosesin 2020-ci ildə başa çatacağı gözlənilir.
Bombaların dəqiq sayı barədə məlumat verilmir. Pentaqonda qeyd ediblər ki, bu BLU-109 sistemlərinin ilk satışıdır.
Türkiyə müdafiə nazirliyi də belə bombalara ehtiyaclarının olduğunu deyir. Çünki ölkə asimmetrik müharibədə iştirak edir. Söhbət Türkiyənin İraqın şimalında apardığı əməliyyatlardan gedir.(azadlıq.info)


Şərhlər