Xarici KİV-in məlumatına görə, Avropa İttifaqının (Aİ) prioriteti Avropaya kütləvi miqrant axınını dayandırmaq və Şengen zonasını saxlamaqdan ibarətdir. Bu barədə Makedoniya prezidenti Györge İvanovla apardığı danışıqların yekunu olaraq Avroittifaqın sədri Donald Tusk bəyan edib (TASS).
«İlk prioritet kütləvi miqrant axınını dayandırmaq və Şengen zonasını saxlamaqdan ibarətdir. Bütün ölkələr Şengen qaydalarını tam şəkildə tətbiq etməlidirlər. Şengenin saxlanması tam mənada sərhəd kodeksinə əməl olunmasından asılıdır» - deyə, Tusk qeyd edib.
Avroittifaq başçısının sözlərinə görə, «üzv dövlətlər əsas tələblərə cavab verməyən və ya imkan olduğu halda sığınacaq verilməsini xahiş etməyən üçüncü ölkə vətəndaşlarının ölkəyə daxil olmasına icazə verməməlidirlər».
Miqrasiya böhranının Makedoniyaya toxunduğu kontekstdə Tusk qeyd edib ki, Avroittifaq Skopyedə hakimiyyət üçün yaranmış situsaiyanın mürəkkəbliyini anlayır: «Biz, sizi belə mürəkkəb situasiyada tək qoya bilmərik və qoymamalıyıq. Bu yöndə miqrantların böyük əksəriyyətinin keçib gəldiyi Türkiyə ilə əməkdaşlıqdan əlverişli variant görmürük»
«Biz Avropa İttifaqından problemin həllini xahiş edirik və buna ümid bəsləyirik. Biz istəmirik ki, məsuliyyət yükü təkcə Yunanıstanın çiyinlərinə düşsün. Bununla belə, problemin bizə zəzər vuracaq birtərəfli qaydada həlli variantlarına da imkan verməyəcəyik» - deyə, Makedoniya prezidenti qeyd edib.
AzPolitika.info


Şərhlər