Menu

Qətər əmiri Azərbaycana gəlir

03.03.2016, 19:39
Qətər əmiri Azərbaycana gəlir

Qətər əmiri Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gələcək.

APA-nin məlumatına görə, səfər çərçivəsində əsas görüşlər martın 8-də keçiriləcək.

Əmirin Azərbaycan rəsmiləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişafına dair məsələlər ətraflı müzakirə olunacaq.

Görüşlərin yekununda hökumətlərarası iqtisadi birgə komissiyanın yaradılması, təhsil, gömrük, maliyyə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, nəqliyyat, gömrük orqanlarının təcrübə və texniki mübadiləsi haqqında sazişlər daxil olmaqla 8 sənədin imzalanması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol