Polkovnik Levent Göktaş , Tücay Özkan və Sedat Peker məhkəmə hökmü ilə sərbəst buraxıldı
Martın 10-da Ergenekon istintaqı üzrə həbs edilən daha 3 məhbus – qəzetçi Tuncay Özkan, ehtiyatda olan polkovnik Levent Göktaş və Sedat Peker həbsdən azad edilib. Qeyd edək ki, Tuncay Özkan 5, Sedat Peker 10, Levent Göktaş 23 il 7 ay azadlıqdan məhrumetmə cəzası almışdı.
Məhkəmə Özkan və Göktaş haqqında həbs-qətimkan tədbirini dəyişdirilsə də, onların ölkədən çıxmasına yasaq qoyub. Bu qərar Pekərə şamil edilməyib.
Xəbəri ilk olaraq Tuncay Özkanın qızı Nazlıcan Öz Twitter hesabından paylaşıb: “Qovuşuruq... 1994 gündən sonra...”.


Şərhlər