Menu

Gülənçilərin qəzetinə bundan sonra dövlət nəzarət edəcək

04.03.2016, 22:25
Gülənçilərin qəzetinə bundan sonra dövlət nəzarət edəcək

Türkiyə hakimiyyəti nüfuzlu müxalifət qəzeti "Zaman"nin idarə etməsini faktiki olaraq öz nəzarəti altına götürüb. ANS PRESS-in məlumatına görə, artıq məhkəmə Baş Prokurorluğunun tələbi əsasında "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib.

Bu qərarın verilməsinə səbəb qəzetin ABŞ-da yaşayan Fətullah Gülən icmasına (nurçular) məxsus əlaqələrilə bağlı şübhə etmiş prokurorluğun tələbi ilə edilib.

Fətullah Gülən daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarı hesab edilirdi, amma sonra onların münasibətləri korlanıb. İndi Ərdoğan Güləni satqın adlandırır.

"Nəşrin nümayəndələrinin sözlərinə görə, dövlətin təyin etdiyi rəhbərlər qəzetin əmlakını müsadirə etməklə hədələyirlər. Redaksiyanın binası qarşısında küçədə insanlar yığılmağa başlayırlar. Onlar hakimiyyətin "Zaman" qəzeti üzərində nəzarət təyin etməsinə narazılıq edirlər.

"Zaman" qəzeti 1986-cı ildən nəşr edilir. Qazet Türkiyədən başqa bir çox böyük ölkələrdə yayılır. Bunlara arasında ABŞ və Almaniyada var. Nəşr Türkiyədə ən nüfuzlular siyahısına daxil olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol