Menu

Ötən il 624 nəfərə alimlik dərəcəsi verilib - Azərbaycanda

05.03.2016, 13:48
Ötən il 624 nəfərə alimlik dərəcəsi verilib - Azərbaycanda

Ötən il Azərbaycanda 81 alimə elmlər doktoru, 543 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi, 59 nəfərə professor, 323 nəfərə isə dosent adı verilib.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd edilib.

Hesabatda bildirilib ki, alim və mütəxəssislərə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara faydalı modelə və sənaye nümunələrinə dair 111 patent verilib.

Hesabat ilində 20-yə yaxın elm-tədqiqat işinin nəticələri istehsalatda tətbiq edilib.

Ötən il yeni yaradılan, azot və fosfor tərkibli “Azofos” gübrəsinin Abşeron və Qəbələdə müxtəlif yem bitkilərində tətbiqi nəticəsində məhsuldarlıq 40 faiz artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol