Menu

Çinin hərbi büdcəsi 2016-cı ildə 146 milyarda çatacaq

06.03.2016, 00:49
Çinin hərbi büdcəsi 2016-cı ildə 146 milyarda çatacaq

Xarici KİV-in məlumatına görə, 2016-cı ildə Çin Xalq Respublikasının (ÇXR) hərbi büdcəsi ötən ilə nisbətən 7,6 faiz artaraq, 146 milyard dollara çatacaq. Bu barədə məlumatı Ümumçin xalq nümayəndələri iclasının (ÜXNİ) 12-ci çağırış 4-cü sessiyasına hökumətin məruzəsində deyilir (TASS).

Xəbərdə deyilir ki, cari ildə hərbi xərclərin artım ahəngi son 6 ildə ən aşağı həddə olacaq.

«Ötən il müdafiə və ordu quruculuğu hiss olunacaq dərəcədə inkişaf edib. Bu il isə partiyanın qarşıya qoyduğu tapşırıqlarla sıx əlaqəli şəkildə hərbi hissələrdə siyasi quruculuq işlərinin irəli aparılması, islahatların köməyi ilə ordunun gücləndirilməsi, müdafiə potensialının artırılması, müdafiə elminin, texnikasının və hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi məsələləri qarşıda durur» - deyə, məruzədə qeyd olunur.

Cümə günü ÜXNİ 12-ci çağırış sessiyasının rəsmi nümayəndəsi Fu İn qeyd edib ki, Çinin hərbi büdcəsi həm müdafiə ehtiyacları, həm də iqtisadiyyatın durumu ilə diktə olunur. Bu mövqeni ÇXR xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Xun Ley də diqqətə çatdırıb: «Müdafiə quruculuğu iqtisadi inkişafla uzlaşdırılmış şəkildə həyata keçirilməlidir».

2015-ci ildə Çinin müdafiə xərcləri 887,0 milyard yuan (144,2 milyard dollar) səviyyəsində planlaşdırılmışdı ki, bu da 2014-cü ilin göstəricini 10,0 adlamışdı. Ölkənin iqtisadi artım ahəngi isə son bir neçə ildə ardıcıl olaraq düşməkdə davam edir (2010-cu ildə 10,4 faiz, 2015-ci ildə 6,9 faiz).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol