Menu

Arif Qasımov vəfat edib

07.03.2016, 16:11
Arif Qasımov vəfat edib

Aktyor, uzun illər AzTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov vəfat edib.

Lent.az report-a istinadən bildirir ki, bu barədə əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğlu məlumat verib.

Qeyd edək ki, A.Qasımov 1950-ci ildə anadan olub. O, 35-dən çox televiziya tamaşası və bədii filmlərdə irili-xırdalı rollar ifa edib. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, "Mozalan" satirik kinojurnalında ifa etdiyi rollarla tamaşaçıların yaddaşına həkk olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol