Menu

Terrorçular çılpaq vəziyyətdə türk əsgərinə təslim olublar

08.03.2016, 11:02
Terrorçular çılpaq vəziyyətdə türk əsgərinə təslim olublar

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda terrorçu PKK-nın bir qrup silahlısı çılpaq vəziyyətdə türk əsgərlərinə təslim olub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, gizləndikləri yerdən qaçaraq, əsgərlərə təslim olan terrorçular təmsil etdikləri qruplaşmanın qüvvəsinin tükənmək üzrə olduğunu etiraf ediblər.

"Əvvəllər qruplaşmadan qaçaraq təslim olanlara yardım etdiyiniz, yaralıları müalicə etdirdiyiniz üçün bu addımı atdıq. Qruplaşmadakıların hamısı təslim olmaq istəyirlər. Biz sizə güvənərək, canımızı Türkiyə Cümhuriyyətinə təslim etdik. Silahsız və etibarlı olduğumuza inanmağınız üçün paltarlarımızı soyunduq", - deyə terrorçular vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol