Küveytin neft naziri Enes es-Salih, neft hasilatının müəyyən bir səviyyədə dondurulmasını nəzərdə tutan razılaşmaya dair sualları cavablandırıb.
Küveyt, dünyadakı bütün böyük istehsalçılar tərəfindən qəbul edilməsə, neft hasilatının müəyyən bir səviyyədə dondurulmasına dair əldə olunacaq hər hansı bir qərara sadiq qalmayacaqlarını bildirib.
Baş nazirin müavini və neft naziri Enes es-Salih Küveyit İnvestisiya Forumundan sonra verdiyi açıqlamasında, neft hasilatının müəyyən bir səviyyədə dondurulmasını nəzərdə tutan razılaşma əldə olunması təqdirdə ölkəsinin də buna əməl edəcəyini söyləyərək, "Razılaşmaya sadiq qalmasalar istehsal etdiyimiz nefti satmaq üçün maksimum səy göstərəcəyik. İran daxil böyük neft istehsalçıları razı olmasa, istehsalın hər hansı bir səviyyədə dondurulmasını nəzərdə tutan qərara bağlı qalmayacağıq" deyib.
Küveyt Neft Şirkətinin İdarə Heyətinin sədri Nizar el-Adsani də çıxışında hazırda 3 milyon barrelə çatan gündəlik neft hasilatınının 3 milyon 150 minə qaldırılmasının hədəfləndiyini qeyd edərək, "Şirkət, Hindistan və Şimali Amerikada bəzi investisiya imkanları üçün işlər görür. Həmçinin beynəlxalq tərəfdaşları ilə neft-kimya sahəsindəki fəaliyyətlərini genişləndirməyə çalışır" deyə bildirib.
Adsani, şirkətin növbəti beş ildə neft sahəsindəki investisiyalar üçün 103 milyard 500 milyon dollarlıq büdcə ayırdığını söyləyib. İnvestisiyaların 65%-i kəşfiyyat və hasilata sərf ediləcək.
Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər 16 Fevralda digər iri istehsalçıların da tətbiq etməsi şərtilə, neft hasilatlarını yanvar ayının səviyyəsində dondurmağa qərar verdiklərini açıqlamışdılar. Dünya neft bazarında tələb və təklif balansının təmin edilməsi üçün ölkələrin istehsalın müəyyən bir səviyyədə dondurulması və ya azaldılması məqsədilə bu ay ərzində bir iclasın keçirilməsi gözlənilir. /"Marja"


Şərhlər