İnterfaks agentliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun Yanukoviçin hakimiyyətdən getmə səbəbləri haqqındakı fikirlərini açıqlayıb. Belarus prezidenti deyib:
”Ukraynada baş verən dağılmanın əsasında iqtisadiyyatın çökməsi və dəhşətli korrupsiya durub. Məhz bu iki səbəb dövləti dağıdıb. İqtisadiyyatın necə olmasına baxmayaraq, ölkədəki pas bağlamış korrupsiya hər şeyi yeyəcək. Ukraynada baş vermiş hadisələrdən sonra hakimiyyət kreslosunda oturmuş yalnız gicbəsər adam bundan nəticə çıxarmaz.”


Şərhlər