Menu

Problemli kreditlərin həcmi 13% azalıb - AMB

09.03.2016, 17:47
Problemli kreditlərin həcmi 13% azalıb - AMB

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-ə 1 mlrd. 314,6 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 283,7 mln. manat və ya 27,52% çoxdur.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında problemli kreditlərin həcmi 193,9 mln. manat və ya 12,85% azalıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2% təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol