Menu

Rusiya Azərbaycandan gedən 58 ton məhsulu sərhəddən buraxmadı

10.03.2016, 10:33
Rusiya Azərbaycandan gedən 58 ton məhsulu sərhəddən buraxmadı

Rusiyanın Rosselxodnadzor Xidmətinin Dağıstan üzrə idarəsi Azərbaycandan bu ölkəyə gətirilən 58 ton meyvə-tərəvəz və qozu geri qaytarıb.

Rusiya KİV xəbər verir ki, Azərbaycandan daxil olan 18,4 ton alma məhsulunun üzərində Türkiyə istehsalı olduğu göstərilən markanın olması, habelə 17,6 ton tomat və 21 ton fındığın üzərində müvafiq markanın olamaması səbəbindən həmin məhsullar sərhəddən buraxılmayıb.

Bundan əvvəl, Rosselxodnadzor Xidməti Azərbaycandan Rusiyaya ixrac edilən tomat məhsullarının kəskin artmasından narahatlığını ifadə etmişdi (modern.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol