Avropanın ən böyük bankı olan HSBC-nin valyuta strategiyası üzrə qlobal sədri David Bloom, "böyük dollar buğa rallisi"nin (dolların qalxmasının) geridə qaldığını deyib.
Bloom verdiyi müsahibəsində, "Dolların pul siyasətinə bağlı həddindən artıq yüksəlməsi geri dönmək vəziyyətindədir və güman edirəm ki, hazırda buna şahid oluruq" deyib.
Bloom, "2015-ci ilədək insanlar, Fedin faiz artırmasının sərmayə xərcini artacağı və istiqrazlarda satış dalğasına səbəb olacağı bir vəziyyət yaradacağı qorxusunu daşıyırdı və bu olmadı. Fed-in iki dəfə faiz artırmasından qorxan varım? Xeyr, bunlardan qorxmuram" deyib. /Marja


Şərhlər