Menu

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

11.03.2016, 14:12
Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri Xəzər dənizində hərbi təlimlərə başlayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri, 1000-dən çox hərbçi iştirak edir.

“Komanda qərargah təlimləri çərçivəsində 30-a yaxın döyüş gəmisi və kateri, mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir”, - mətbuat xidmətindən bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol