Menu

Əvəz Ələkbərovun xalası oğlunun qətli ilə bağlı məhkəmədə: "QATİL DEYİLƏM"

11.03.2016, 16:25
Əvəz Ələkbərovun xalası oğlunun qətli ilə bağlı məhkəmədə: "QATİL DEYİLƏM"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə məhkəmə baxışının başlanması elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Xalidə İsgəndərova ittiham üzrə "özünüzü təqsirli bilirsinizmi" sualını cavabsız qoyub. Qısa çıxış edib: “"Mənim heç bir təqsirim yoxdur. Suallara cavab verməyəcəyəm. Bir Allah şahiddir ki, mənim günahım yoxdur. Hər şeyi Allah görür. Bu işlə bağlı dərindən araşdırma aparsaydınız, yaxşı olardı. Mən qatil deyiləm. Qatili axtarıb tapsınlar".

Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol