Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanın həddi ilə bağlı proqnozunu açıqlayıb. Bu il qiymət artımı 12,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı. Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yaradıb.
2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib. /"İnterfaks-Azərbaycan"


Şərhlər