Menu

"Atletiko" və "Bavariya" ÇL-nin növbəti mərhələsində

12.03.2014, 01:36

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə "Atletiko Madrid" klubu öz meydanında "Milan"la, Münhenin "Bavariya" klubu isə London "Arsenal"ı ilə üz-üzə gəlib. İlk oyunda rəqib meydanında 0-1 hesabı ilə qalib gələn "Atletiko" 4-1 hesabı ilə "Milan"ı məğlub edib. Səfərdə "Arsenal"ın qapısından 2 cavabsız top keçirən "Bavariya" öz meydanında 1-1 hesablı heç-heçə qane olub. Nəticədə "Atletiko" və "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsinə keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol