Menu

Azərbaycanda orta illik inflyasiya 12 faizi ötəcək

11.03.2016, 21:22
Azərbaycanda orta illik inflyasiya 12 faizi ötəcək

Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.

Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı. Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yarandı.

“2016-cı ildə inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır”, - deyə nazirlikdən qeyd ediblər.

Xatırladaq ki, 2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol