“Hadisə yerinə 12 yanğınsöndürən maşın cəlb olunub”
“Yanğın “Sahil” Ticarət Mərkəzinin üçüncü mərtəbəsində 1500 kvadrat metr sahəni əhatə edib”.
APA-nın məlumatına görə, bunu hadisə yerində olan jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
E. Mirzəyev bildirib ki, yanğın barədə “112” xidmətinə 09:48-də məlumat verilib. Hadisə yerinə 12 yanğın söndürən maşın cəlb olunub.
Nazir müavini qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın 90 dəqiqə ərzində söndürülüb. Yanğın zamanı ərazidə olan bütün sakinlər evakuasiya edilib. Hadisənin başvermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
-----
Sahil Ticarət Mərkəzində baş vermiş yanğın zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti yüngül olsa da, bir nəfərin xəsarəti nisbətən ciddi olub. Bu barədə “Axar.az”ın hadisə yerində olan muxbirinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın rəisi Mürsəl Həmidov məlumat verib. Tibbi Yardım Stansiyasının rəisi bildirib ki, xəsarət alan hər 3 nəfər ilkin yardımdan sonra buraxılıb -
-----
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov da hadisə yerinə gəlib. Yanan binada metropolitenin keçmiş rəisi Tağı Əhmədovun mənzilinin də yerləşdiyi deyilir.
Həmin binada həmçinin Brazilya səfirliyi və Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyi yerləşir.
)
Sözügedən ofislər yuxarı mərtəbələrdə yerləşdiyindən hələlik onlara heç bir təhlükə yoxdur.
Bakı Metropoliteni Sahil stansiyasının giriş-çıxışını bağlayıb. Sərnişinlərin təhlükəsizliyi üçün metro qatarları artıq "Sahil" stansiyasında dayanmır.
Hadisə yerində olan müxbirimizin verdiyi məlkumata görə, yanğın ərazisindəki qatı tüstüdən hələlik yalnız bir nəfərin zəhərləndiyi bildirirlir. Zəhərlənən sakin ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya qaldırılıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin bir briqadası da hadisə yerinə cəlb edilib. Yanğının baş verdiyi binadan sakinlərin, ticarət mərkəzinin işçilərinin və Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının təxliyəsi artıq başa çatdırılıb. İki nəfərə özünü pis hiss etdiyi üçün tibbi yardım göstərilib.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar binanın altında, metronun “Sahil” stansiyasının giriş-çıxışı müvəqqəti bağlanıb.
Musavat.com-un hadisə yerində olan reportyorunun verdiyi xəbərə görə, külək əsdiyi üçün yanğın daha da şiddətlənib və onu ram etmək çətinləşib.Yanğın yerinə 8 yanğınsöndürən maşın cəlb edilib, ancaq onlardan cəmi bir neçəsi işləkdir. Yanğın əsasən binanın 3-cü mərtəbəsindədir.
---------

---
"Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.
Əraziyə bir neçə yanğınsöndürən maşən cəlb olunub. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, hazırda Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb.
Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, stansiyada vətəndaşların gediş-gəlişi üçün hələ ki, problem yaranmayıb.






Şərhlər