Menu

Beynəlxalq Enerji Agentliyi: neftin qiyməti qalxacaq

12.03.2016, 00:20

neftNeft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var, Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.

BBC-nin Azərbaycan xidməti xəbər verir ki, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.

İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb.

Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.

Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barelə düşəcək.

ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol