Menu

Putin İsrailin prezidenti ilə danışıqlar aparacaq

12.03.2016, 00:53

putinkonfAzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, martın 16-da İsrailin prezidenti Reuven Rivlin Rusiyaya rəsmi səfərə gələcək. Səfər çərçivəsidə prezident Vladimir Putin onunla danışıqlar aparacaq. Məlumatı Kremlin mətbuat xidməti yayıb.

«Görüş çərçivəsində ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə, o cümlədən, Rusiya ilə İsrail arasında diplomatik münasibətlərin bərpasının 25 illiyinin bayram ediləcəyi ərəfədə (cari ilin oktyabrı - red.) ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır. Dövlət başçılarının beynəlxaq gündəlikdə duran bir sıra məsələlər barədə fikir mübadiləsi aparacağı gözlənilir» - deyə, mətbuat xidmətinin məlumatında qeyd olunur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol