Menu

Rusiyanı hədələyən NATO generalı vəzifəsindən getdi

12.03.2016, 01:41
Rusiyanı hədələyən NATO generalı vəzifəsindən getdi

NATO-nun Avropa komandanlığında rəhbər vəzifənin təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.

NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib. RİA Novosti xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.

Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir.

Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol