Menu

Avropa İttifaqı sanksiya qərarını dərc etdi

12.03.2016, 15:39
Avropa İttifaqı sanksiya qərarını dərc etdi

Avropa İttifaqı Ukraynanın “ərazi bütövlüyünün pozulmasında” günahlandırdığı Rusiya və Ukrayna vətəndaşları və hüquqi şəxslərinə dair individual sanksiyaların müddətinin sentyabrın 15-dək uzadılmasına dair qərarı təsdiq edib.

Modern. az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.

Rəsmi olaraq Aİ Şurası tərəfindnə sanksiyalar 146 nəfər və 37 hüquqi şəxsə qarşı martın 10-da qəbul edilmiş qərarla möhkəmləndirildi.

Qərar Aİ-yə üzv ölkələrin Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərləri tərəfindən müzakirəsiz təsdiqlənib. Qərar müzakirəsiz təsdiqlənib.

“Qərar rəsmi jurnalda dərc edildiyi gündən qüvvəyə minir”, - dərcdə bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol