Menu

Azərbaycan və İran məhbus dəyişdirəcəklər

12.03.2016, 21:31
Azərbaycan və İran məhbus dəyişdirəcəklər

Azərbaycan və İran arasında Novruz bayramı ərəfəsində məhbusların mübadiləsi baş tutacaq.

APA-nın İran XİN-nə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.

O bildirib ki, bu mübadilə Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub.

H.Cabiri Ənsari bildirib ki, bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb.

Onun sözlərinə görə, məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol