Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrov deyib ki, Rusiya xarici işlər nazirliyinin əlində məlumat var ki, Türkiyə əsgərləri sərhəddən bir neçə yüz metr məsafədə Suriya ərazisində möhkəmlənirlər (RBK).
Erməni mənşəli Rusiyalı nazirin sözlərinə görə, Türkiyə bu fəaliyyətini onunla izah edir ki, ölkənin təhlükəsizliyi mülahizələrindən dolayı bu ərazidə Suriya kürdlərinin möhkəmlənməsinə yol verə bilməz.
Lavrov-Kələntərov qeyd edib ki, Suriya ərazisində kürd silahlı dəstələri iki anklavda yerləşiblər. Anklavların arasındakı ərazilərə isə «İslam Dövləti» (İD) nəzarət edir. Xatırladaq ki, Rusiya «İD»-ni terrorçu təşkilat elan edərək, ərazisində onun fəaliyyətini qadağan edib. Türkiyə isə Suriyadakı silahlı kürd dəstələrini PKK-nın digər qolu kimi, terrorçu təşkilat elan edib...
«Türkiyə bəyan edib ki, həmin iki anklavın birləşməsi - hətta İD-nə qalib gəlmək hesabına olsa belə, bu dövlət üçün qəbuledilməzdir» - deyə, Lavrov-Kələntərov yenə «su bulandırıb».
Rusiyalı nazir onu da əlavə edib ki, Cenevrədəki Suriya danışıqlarında kürdlərin iştirakının vacibliyinə Ankaranı inandırmaq hətta ABŞ-a da müyəssər olmayacaq.
Əsəd hökuməti və Suriya kürdləri son həftələr ərzində Türkiyəninin Suriya ərazilərini artilleriya atəşinə tutması barədə bəyanatlar səsləndirirlər. Ankarada isə bu atəşləri onunla izah edirlər ki, kürd silahlı dəstələri «əraziləri azad edərkən» ərəbləri və türkdilli əhalini oradan qovub çıxardırlar.
Yumşaq desək, Lavrov-Kələntərovun bəyanatları təəccüb və ikrah doğurmaya bilmir. Məsələn, Türkiyə əsgərlərinin sərhəddən bir neçə yüz metr Suriya ərazisində möhkəmləndiyindən dəm vuran bu erməni, Suriyanın Rusiyadan neçə min kilometr məsafədə yerləşdiyi və burada nəinki təkcə Rusiya əsgərlərinin, hətta Rusiya aviasiyasının, artilleriyasının və HHM sistemlərinin çoxdan cəmləşib-möhkəmləndiyi barədə «balıq kimi susur»...
Digər tərəfdən isə Lavrov-Kələntərov heç nəyə əsaslanmadan iddia edir ki, Rusiya «İD»-i terrorçu təşkilat elan edə bilər, amma Türkiyə hər gün onun ərazisində qanlı terror aktları törədən kürd silahlı dəstələrini terrorçu elan edə bilməz! Üstəlik də, Rusiyalı nazir erməni fasıqlığı ilə çalışmalara baş vurur ki, Cenevrə danışıqlarında Suriya kürdləri tərəf kimi təmsil olunsun. Bu zaman o, guya Suriyanın bütövlüyünün saxlanmasına çalışdığını söyləyir. Belədə, məntiqi sual yaranır: Elədirsə, bəs nə üçün Suriyalı türkmənlər bu danışıqlardan kənarda qalmalıdırlar? Cavab aydındır - Rusiyanın hədəfi terrorçu qruplaşmalar yox, məhz Türkiyə və türklərdir! Bu düşmənçilik Kələntərovun «erməni qanı»ndan qaynaqlanır...
AzPolitika.info

Şərhlər