Menu

Ərdoğanın Azərbaycana səfəri gündəlikdə qalır

14.03.2016, 09:44
Ərdoğanın Azərbaycana səfəri gündəlikdə qalır

"Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə qalır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, dünən Ankaranın Kızılay meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.

R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol