Menu

Hava şəraiti qeyri-sabit keçəcək, yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

14.03.2016, 12:45
Hava şəraiti qeyri-sabit keçəcək, yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Bu gün axşamdan başlayaraq martın 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, ayın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək .

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol