Neft, ABŞ-da qazılan neft quyusu sayındakı azalmaya baxmayaraq, İranın neft hasilatını artırmağa dair planları ilə əlaqədar ucuzlaşır.
İranın neft naziri Bijan Namdar Zanganeh, İranın hasilatı gündəlik 4 milyon barrelə çıxarmağı planlaşdırdığını deyib. Onun sözlərinə görə, İran gündəlik hasilatını 4 milyon barelə qaldırmadan hasilatın dondurulması təşəbbüsünü dəstəkləməyəcək.
Brent nefti, Londonda ICE Futures Europe birjasında 87 sent düşərək 39.52 dollara, WTI nefti isə Nymex birjasında 93 sent düşərək 37.57 dollara enib. /"Marja"


Şərhlər