Menu

"Məhəmməd Peyğəmbəri də həbs edə biləcəyini" deyən nazir qovulub

14.03.2016, 18:30
"Məhəmməd Peyğəmbəri də həbs edə biləcəyini" deyən nazir qovulub

Misirin televiziya kanallarının birində "yanlış etsəydi Məhəmməd peyğəmbəri də həbs edə biləcəyini" deyən Ədliyyə naziri Əhməd Zind işdən çıxarılıb.

Rəsmi daha sonra "məni bağışla, Allah" deyib. Növbəti gün isə o, üzr istəyib. Lakin Misirin baş naziri onu vəzifəsindən azad edib.

Misirin ədliyyə icması baş nazirin bu qərarını tənqid edib. Onlardan biri deyib ki, bir cümləyə görə dövlət qulluqçusunu işdən azad etmək olmazdı.

Misirin bundan əvvəlki ədliyyə naziri ötən mayda vəzifəsindən azad edilib. Buna səbəb, onun yalnız elit təbəqədən çıxanların hakim ola biləcəyini, başqalarının isə "zibildaşıyanların uşaqları" olduğunu deməsi olub. (bbc)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol