Menu

"Hücumun mənbəyini tapdıq" - Davudoğlu

14.03.2016, 22:05

davudoglu_47Dünən və bu gün aparılan araşdırmalar nəticəsində bu xain hücumun mənbəyi açıq şəkildə müəyyənləşdirilib. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib.

“Bu terror hücumunun hədəfi bütün millətimizdir. Bunu həyata keçirənlər dünyanın ən barbar, ən alçaq və xain şəxsləridir. Evinə getmək üçün dayanacaqda gözləyən, yaxud avtobusda sevdiklərinə qovuşmaq üçün yola çıxan şəxslərə qarşı belə hücumu həyata keçrənlər insan ola bilməzlər. Barbarlığın ən alçağını etdilər. Millətimizi hədəf alan bu hücumlarla əsla məqsədlərinə çata bilməyəcəklər. Terror aktı ilə bağlı araşdırmalar aparılır. Ən qısa zamanda bunu həyata keçirənlər və onların arxasında olan qüvvələr müəyyənləşdiriləcək”, - Davudoğlu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol