Menu

"Yunanıstan terrorizmə qarşı Türkiyənin yanındadır" - Çipras

14.03.2016, 22:08
"Yunanıstan terrorizmə qarşı Türkiyənin yanındadır" - Çipras

Yunanıstanın baş naziri Aleksis Çipras türkiyəli həmkarı Əhməd Davudoğluna zəng edib.Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.

Məlumata görə, Çipras baş nazir Davudoğluna zəng edərək, dünən axşam Ankarada meydana gələn terror hadisəsini qınadıqlarını bildirib, yunan xalqı və hökumətinin başsağlığı diləklərini çatdırıb.

Xəbər verilir ki, yunan baş naziri Davudoğluna terrorizmə qarşı Türkiyə ilə birlikdə olduqlarını da ifadə edib.

Türkiyəli baş nazir öz növbəsində Çiprasa təşəkkür edərək, Yunanıstanla birlikdə terrorizmlə mübarizədə əməkdaşlığa önəm verdiklərini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol