Menu

Şimali İraqa hava əməliyyatı: 45 PKK-çı zərərsizləşdirilib

15.03.2016, 21:48
Şimali İraqa hava əməliyyatı: 45 PKK-çı zərərsizləşdirilib

Türkiyə Hava Qüvvələri təşkil etdiyi əməliyyatlarla bağlı açıqlama yayıb.

Musavat.com Tükiyə mətbuatına istinadən xəbər verir ki, Türk Hava Qüvvələri tərəfindən dünən səhərə yaxın Şimali İraqdakı Qəndil dağı və Qara bölgəsindəki PKK-ya aid 18 hədəfə hava zərbələri endirilib.

Məlumata görə, əməliyyatlar nəticəsində 45 PKK-çı zərərsizləşdirilib.

Bundan başqa, PKK terror qruplaşmasına aid iki silah anbarı və zenit-raket kompleksinin mövqeləri sursatlarla birlikdə partladılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol